Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
30 Aprel 2024 12:30
Daxil olan vətəndaş müraciəti əsasında Cəlilabad rayonu, Göytəpə şəhərində fəaliyyət göstərən “Kamal” kafesində Qida Təhlükəsizliyi Agenliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb.
Yoxlama zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qida emalı sahəsinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərdə təmizlik işlərinin aparılmadığı, obliqat qrupuna daxil olan işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib. Eyni zamanda kafenin qida emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tərtər rayonu, Xoruzlu kəndində fəaliyyət göstərən pendir istehsalı sexində yoxlama keçirilib.
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 18 may tarixində 11 ticarət və 39 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 11 ticarət və 38 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu işə başlayıb.